Bank Of Baku

Azərbaycanın 600 min barel həcmində REBCO markalı növbəti xam neft partiyasını «Glencore Energy» şirkəti alıb

Azərbaycanın 600 min barel həcmində REBCO markalı növbəti xam neft partiyasını «Glencore Energy» şirkəti alıb
# 27 yanvar 2009 09:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (MİƏİ) 600 min barel miqdarında REBCO markalı xam neft partiyasının fevral ayının 18-22-də Novorossiysk limanından (Qara dəniz, Rusiya) ixracına dair marketinq sorğusunun nəticələrini açıqlayıb.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, sorğunun qalibi İngiltərənin «Glencore Energy UK Ltd.» şirkəti elan olunub.
Qeyd edək ki, ARDNŞ Bakı-Novorossiysk kəməri ilə neftin ixracına 1997-ci ildə başlayıb. Bu kəmərlə ARDNŞ-in hasil etdiyi xam neft (Azeri Light) ixrac olunur. Neft bu kəmərlə nəql olunaraq Rusiya ərazisində «Transneft» şirkətinin kəmərlər sistemində Rusiya ixracatçılarının neftinə qarışır və Novorossiysk limanından REBCO (Rusiya xam neft növü) markası altında satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR