Bank Of Baku

OPEC gündəlik neft hasilatını daha 4 mln. barel azalda bilər

OPEC gündəlik neft hasilatını daha 4 mln. barel azalda bilər
# 27 yanvar 2009 10:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Neft ixracatçısı ölkələri təşkilatı (OPEC) gündəlik neft hasilatını daha 4 mln. barel azaltmağı planlaşdırır. «APA-Economics»in məlumatına görə, bu bəyanatla OPEC üzvü olan Venesuelanın prezidenti Uqo Çaves çıxış edib və vurğulayıb ki, bunun məqsədi neftin qiymətinin kəskin düşməsinin qarşısını almaqdır.
U.Çaves həmçinin qeyd edib ki, müvafiq qərar qəbul olunarsa, Venesuela ona əməl etməyə hazırdır. Ötən ilin sentyabrından OPEC gündəlik neft hasilatını artıq 4,2 mln. barel azaldıb. Venesuela bu müddət ərzində gündəlik hasilatı 189 min barel azaldaraq 2,4 mln. barelə salıb.
Qeyd edək ki, OPEC-ə Səudiyyə Ərəbistanı, İran, BƏƏ, Küveyt, Venesuela, Nigeriya, Anqola, Liviya, Əlcəzair, Qətər, Ekvador daxildir. Bu ölkələrin əksəriyyəti artıq neftin ucuzlaşması səbəbindən büdcə kəsirləri ilə üzləşərək hasilatın daha da azaldılmasının leyhinə çıxış edir. OPEC-in növbəti iclasının mart ayında keçirilməsinə dair planın olmasına baxmayaraq, dünya bazarında neft qiyməti 40 dollar/barel səviyyəsindən aşağı düşəcəyi təqdirdə növbədənkənar iclasın keçirilməsi və hasilatın azaldılmasına dair qərarın qəbul ediləcəyi istisna olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR