Bank Of Baku

Azərbaycan ötən il istehlakçılara göndərdiyi neft məhsullarının 62%-ni daxili bazarın tələbatının ödənilməsinə yönəldib

Azərbaycan ötən il istehlakçılara göndərdiyi neft məhsullarının 62%-ni daxili bazarın tələbatının ödənilməsinə yönəldib
# 27 yanvar 2009 10:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda istehlakçılara (ixrac da daxil olmaqla) 7,7 mln. ton neft məhsulları göndərilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bunun 61,6%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 38,4%-i isə ixrac olunub. Neft məhsullarının 31,2%-ni dizel yanacağı, 19,6%-ni mazut yanacağı, 17,1%-ni avtomobil benzini, 9,6%-ni aviasiya üçün və sair ağ neft, 2,9%-ni mayeləşdirilmiş qazlar, 2,8%-ni neft bitumu, 0,7%-ni sürtgü yağları, 16,1%-ni isə digər məhsullar təşkil edib.
Bundan başqa, ötən il Azərbaycan istehlakçılarına 4,7 mln. ton, yaxud əvvəlki ilə nisbətən 0,5% az əmtəəlik neft emalı məhsulları göndərilib. Belə ki, 2007-ci illə müqayisədə istehlakçılara dizel yanacağı 38,7%, neft bitumu 22%, avtomobil benzini 16,7%, aviasiya üçün və sair ağ neft 9,9% çox, mazut yanacağı 50,8%, sürtgü yağları 26,9%, mayeləşdirilmiş neft qazları isə 3,3% az göndərilib.

Neft məhsullarının istehlak strukturu, yekuna nisbətən (%-lə):
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR