Bank Of Baku

«Azərenerji»nin dispetçer idarəetmə sistemində yeniliyin tətbiqi ilə bağlı bəzi rabitə kabellərinin istiqaməti dəyişdirilir

«Azərenerji»nin dispetçer idarəetmə sistemində yeniliyin tətbiqi ilə bağlı bəzi rabitə kabellərinin istiqaməti dəyişdirilir
# 27 yanvar 2009 14:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərenerji» ASC-nin dispetçer idarəetmə sistemində SCADA (Supervisory Control and Data Acquisition - dispetçer idarəetməsi və məlumatların toplanması) sisteminin tətbiqi, həmçinin yeni generasiya güclərinin və ötürücü obyektlərin işə salınması ilə əlaqədar olaraq, bəzi rabitə kabellərinin istiqaməti dəyişdirilir. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib.
Yaxın günlərdə Səngəçal Elektrik Stansiyasında məlumatların avtomatik ötürülməsini təmin edəcək qurğunun quraşdırılmasına başlanacaq. Yeni stansiyalarda informasiyaların verilməsi, verilənlərin ötürülməsi kombinə olunmuş şəkildə, yəni həm mövcud, həm də rəqəmsal sistem vasitəsilə gerçəkləşdirilir.
Ötən il «Masallı» yarımstansiyasının 220 kV-luq və 110 kV-luq hissələri arasında 4 km uzunluğunda rabitə kabeli çəkilib. Sumqayıt regionundakı elektroenergetika müəssisələri isə müasir radiorabitə sistemləri ilə təchiz olunub. Plana əsasən, 330 kV-luq «Xaçmaz» yarımstansiyası işə düşdükdən sonra orada böyük rabitə sistemi formalaşdırılmaqla «Dərbənd» - «Xaçmaz» - «Abşeron» - «Müşfiq» - «Yaşma» dairəsi yaranacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR