Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşı ABŞ-da 1 aylıq işgüzar təcrübə keçəcək

Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşı ABŞ-da 1 aylıq işgüzar təcrübə keçəcək
# 28 yanvar 2009 14:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sərmayələr İdarəsinin əməkdaşı Samir İsayev SABIT (Special American Business Internship Training – İşgüzar Təcrübələr üzrə Xüsusi Amerika Treninqləri) proqramı çərçivəsində fevralın 14-dən martın 14-dək ABŞ-da keçiriləcək «Bərpa olunan enerji mənbələri» adlı işgüzar təcrübə keçməyə dəvət olunub.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, qrup şəklində təşkil ediləcək təcrübədə MDB ölkələrindən qeyd edilən istiqamət üzrə 18 mütəxəssis iştirak edəcək. Proqramın məqsədi mütəxəssisləri enerjiyə qənaət sahəsində ABŞ şirkətlərinin fəaliyyəti, ABŞ-da bu sahənin normativ-hüquqi tənzimlənməsi barədə məlumatlandırmaq, işgüzar əlaqələrin qurulması, habelə müxtəlif altsahələrin inkişafı, xidmətlər, sertifikasiya, maliyyə idarəetməsi və bazar iqtisadiyyatı şəraitində biznesin aparılması prinsipləri ilə tanışlıqdır. Təcrübə iştirakçıları yolüstü fevralın 13-də Kiyevdəki (Ukrayna) ABŞ səfirliyində onlar üçün təşkil ediləcək brifinqdə də iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR