Bank Of Baku

İranın NICO şirkəti Azərbaycan qazının tədarükündə maraqlıdır

İranın NICO şirkəti Azərbaycan qazının tədarükündə maraqlıdır
# 29 yanvar 2009 07:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev İranın NICO neft şirkətinin prezidenti M.Asəmipurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə R.Abdullayev qonaqlara Azərbaycanda həyata keçirilən irimiqyaslı enerji layihələrinin icrası barədə ətraflı məlumat verib və qeyd edib ki, ARDNŞ ilə NICO arasında əməkdaşlıq iki ölkə arasında olan əlaqələri daha da gücləndirəcək.
Öz növbəsində M.Asəmipur başçılıq etdiyi şirkət barədə məlumat verərək bildirib ki, NICO həm İranın daxilində, həm də xarici ölkələrdə aktiv fəaliyyət göstərir. Görüşdə İran tərəfinin Azərbaycandan qaz tədarükündə, eləcə də istər İranda, istərsə də üçüncü ölkələrdə ARDNŞ ilə əməkdaşlıqda maraqlı olduğu ifadə edilib.
Qeyd edək ki, NICO Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən «Şahdəniz» layihəsinin iştirakçılarından.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR