Bank Of Baku

Beynəlxalq Valyuta Fondu neftin qiyməti üzrə proqnozunu endirib

Beynəlxalq Valyuta Fondu neftin qiyməti üzrə proqnozunu endirib
# 29 yanvar 2009 11:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) 2009-cu il üçün neftin qiymətini 50 dollar/barel səviyyəsində proqnozlaşdırır. «APA-Economics»in məlumatına görə, bu barədə BVF-nin yeni məruzəsində deyilir.
Qeyd edək ki, BVF-nin ötən ilin noyabrda açıqlanan son məruzəsində 2009-cu ildə neftin qiyməti üzrə proqnoz 68 dollar/barel səviyyəsində müəyyənləşdirilib.
Gələn il üçün BVF neftin qiyməti üzrə yenilənmiş proqnozu 60 dollar səviyyəsinə endirib ki, bu da əvvəlki proqnozla müqayisədə 18 dollar aşağıdır.
Proqnozların azaldılmasını BVF dünyada neftə olan tələbatın səviyyəsinin düşməsi ilə izah edir və bildirir ki, bu da öz növbəsində ixracatçı ölkələr üzrə iqtisadi artım proqnozlarının azalmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR