Bank Of Baku

Azərbaycan Müdafiə Sənayesi Nazirliyində kollegiya iclası keçirilib

Azərbaycan Müdafiə Sənayesi Nazirliyində kollegiya iclası keçirilib
# 29 yanvar 2009 14:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan Müdafiə Sənayesi Nazirliyində (MSN) 2008-ci ilin yekunlarına və 2009-cu ildə görüləcək işlərə həsr olunmuş kollegiya iclası keçirilib. Bu barədə «apa-Economics»ə MSN-in mətbuat xidmətindən məlumat verilib.
İclasda çıxış edən nazir Yavər Camalov nazirlik tərəfindən görülmüş işlər və onların əhəmiyyətindən danışıb. Nazir bildirib ki, ötən il Azərbaycanda sənaye istehsalı sahəsində, o cümlədən ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində nailiyyətlər əldə olunub.
Nazir müavini Yəhya Musayev 2008-ci ildə nazirliyin tabeli birlik və müəssisələrinin istehsal, elm, maliyyə, sosial və digər sahələrdə fəaliyyətinin yekunları barədə məlumat verib.
İclasda Dövlət Müdafiə Sifarişi Proqramının və eyni zamanda mülki məmulatların istehsalının genişləndirilməsi ilə əlaqədar olaraq bir sıra vacib məsələlərə dair məruzələr dinlənilib. Cari il üçün Dövlət Müdafiə Sifarişi Proqramının və qarşıda duran digər vəzifələrin yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR