Bank Of Baku

Azərbaycanın neft-qaz sektorunda standartların harmonizasiyası üzrə xarici ekspertlərlə görüş keçirilib

Azərbaycanın neft-qaz sektorunda standartların harmonizasiyası üzrə xarici ekspertlərlə görüş keçirilib
# 30 yanvar 2009 06:57 (UTC +04:00)
Bakı. Aynur – Vəliyeva – APA-Economics. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində İNOGATE Proqramı çərçivəsində həyata keçirilən «Neft-qaz sektorunda standartların harmonizasiyası» layihəsi üzrə xarici ekspertlərlə görüş keçirilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı Azərbaycanda neft və qaz sahəsindəki standartların Avropa standartlarına uyğunlaşdırılması məqsədini daşıyan bu layihənin həyata keçirilməsi üzrə tədbirlər planı müzakirə edilib.
Xatırladaq ki, Avropa İttifaqı tərəfindən maliyyələşən İNOGATE Proqramının məqsədi Avropa İttifaqı, Qara və Xəzər dənizi hövzələri dövlətləri arasında enerji sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyinin təmin edilməsi, investisiyaların cəlb edilməsi, bu sahədə davamlı inkişafın təmin olunmasından ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR