Bank Of Baku

Ötən il istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində 72 nəfər dünyasını dəyişib

Ötən il istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində 72 nəfər dünyasını dəyişib
# 30 yanvar 2009 10:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Dövlət Əmək Müfəttişliyi 2008-ci il ərzində 2569 müəssisədə dövlət nəzarətini həyata keçirib. APA-nın məlumatına görə, Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, hesabat müddətində 2321 ərizə araşdırılıb, 1320 məktuba baxılıb, 735690 manat dəyərində gecikdirilmiş ödəmələrin verilməsi təmin edilib. Ötən il işdən qeyri-qanuni azad olunmuş 31 nəfər işçi işə bərpa olunub, 9504 hüquq pozuntusu aşkarlanıb, inzibati xətaya görə 890239 manat cərimə tətbiq edilib, 27781 əmək müqaviləsi bağlanıb. 2008-ci il ərzində istehsalatda 255 bədbəxt hadisə baş verib ki, onun da 65-i tikinti sektorunun payına düşüb. Bu hadisələr nəticəsində 77-si tikinti sektorunda işləyənlər olmaqla, 283 nəfər zərər çəkib. Bədbəxt hadisə nəticəsində 212 nəfər xəsarət alıb, 72 nəfər dünyasını dəyişib. Xəsarət alanların 47-si, ölənlərin isə 30-u tikinti sektorunda işləyənlər olub. N. Şükürlü deyib ki, 2007-ci illə müqayisədə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ölənlərin sayı 56 nəfər azalıb, xəsarət alanların sayı isə 10 nəfər artıb. Bədbəxt hadisələrin çoxu hündürlükdən yıxılma nəticəsində baş verib. N. Şükürlü maarifləndirici tədbirlər nəticəsində ölüm hallarının azalmasını müsbət hal kimi dəyərləndirsə də, ötənilki rəqəmdən razı qalmadığını da söyləyib.

Ötən il qrup halında 6-sı tikinti sektorunun payına düşməklə, 17 bədbəxt hadisə baş verib. Qrup halında baş vermiş bədbəxt hadisələrin sayı ötən illə müqayisədə 1, tikintidə baş vermiş bədbəxt hadisələrin sayı isə 2 fakt azdır. Bədbəxt hadisələrin baş verməsində 37 halda müəssisə, 115 halda zərərçəkən, 83 halda müəssisə və zərərçəkən təqsirkar sayılıb. 20 halda isə bu hadisələrin kənar təsirlər nəticəsində baş verdiyi müəyyənləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR