Bank Of Baku

Bakıda «Azərbaycanın enerji sektorunda hüquqi yanaşma və struktur islahatları» mövzusunda seminar keçirilib

Bakıda «Azərbaycanın enerji sektorunda hüquqi yanaşma və struktur islahatları» mövzusunda seminar keçirilib
# 02 fevral 2009 09:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda Avropa İttifaqının (Aİ) Tvininq layihəsi üzrə «Azərbaycanın enerji sektorunda hüquqi yanaşma və struktur islahatları» mövzusunda seminar keçirilib.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən layihənin Azərbaycan tərəfindən rəhbəri, Sənaye və Energetika Nazirliyi hüquqi münasibətlər və metrologiya şöbəsinin müdiri İbrahim Ağayev bildirib ki, Aİ ilə Tvininq layihəsinə başlayan nazirlik bu əməkdaşlıq çərçivəsində energetika qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində tədbirlər həyata keçirəcək.
«Layihənin əsas məqsədi Azərbaycanın enerji sahəsindəki qanunvericiliyi Avropa ölkələrinin müvafiq qanunvericiliyi ilə uyğunlaşdırmaqdır. Bu çərçivədə qanunvericiliyə enerji subyektlərinin hüquqları, magistral qaz kəmərləri, enerji subyektlərinin lisenziyalaşdırılmasına yenidən baxılması, enerji təhlükəsizliyi kimi məsələlər əlavə ediləcək», - deyə İ.Ağayev bildirib.
SEN rəsmisinin sözlərinə görə, bu çərçivədə «Elektroenergetika haqqında» qanuna elektrik enerjisinin birgə istehsalı, bölünməsi, bərpa olunan enerji mənbələrindən istifadə və s. müddəaların əlavə edilməsi gözlənilir.
Layihənin Aİ tərəfdən rəhbəri, Almaniya İqtisadiyyat və Texnologiya Nazirliyinin nümayəndəsi Günter Vaşke isə Azərbaycanla Aİ arasında enerji sektorunda əməkdaşlığın getdikcə dərinləşdiyini bildirib. G.Vaşke «Nabucco» layihəsinin bu əməkdaşlığa daha da təkan verəcəyini vurğulayıb.
Azərbaycanın sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov bildirib ki, layihə üzrə Azərbaycanın energetika qanunvericiliyi tam olaraq Aİ qanunvericiliyinə uyğunlaşdırılacaq. Bu məqsədlə SEN-in, «Azəriqaz» QSC, «Azərenerji», «Bakıelektrikşəbəkə» və «Sumqayıtelektrikşəbəkə» ASC-lərin nümayəndələrindən ibarət işçi qrupu yaradılıb.
«Bu gün qanunvericilikdə el bir ciddi fərq yoxdur. Sadəcə olaraq müəyyən uyğunluğun yaradılması təmin olunmalıdır», - deyə nazir müavini vurğulayıb.
Qeyd edək ki, SEN-ə 18 ay davam edəcək Tvininq layihəsi üzrə 1,1 mln. avro vəsait ayrılıb. Layihədə Almaniyadan 14, Slovakiyadan isə 3 mütəxəssis iştirak edəcək. Azərbaycan mütəxəssisləri üçün layihə çərçivəsində seminarların keçirilməsi, həmçinin onların Avropa ölkələrinə təcrübə səfərlərinin təşkili planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR