Bank Of Baku

İran Azərbaycanla Xəzərdə qaz yataqlarının birgə işlənməsində maraqlıdır

İran Azərbaycanla Xəzərdə qaz yataqlarının birgə işlənməsində maraqlıdır
# 02 fevral 2009 10:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İran Xəzər dənizindəki bəzi qaz yataqlarının Azərbaycanla birgə işlənməsinə maraq göstərir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov bildirib.
G.Cavadovun sözlərinə görə, ötən ay İran nümayəndə heyəti Bakıda səfərdə olarkən ölkələr arasında neft və qaz sektorunda əməkdaşlıq məsələləri müzakirə olunub.
«İran Azərbaycanla neft-qaz sektorunda həyata keçirilən bütün layihələrdə iştirak etmək istəyir. Hazırda bu istiqamətdə əməkdaşlığın yolları araşdırılır», - deyə nazir müavini vurğulayıb.
Nazir müavini dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinin qazın qiymətinə də təsir göstərdiyini bildirib. G.Cavadovun fikrincə, belə davam edərsə, qazın qiymətinin də düşməsi mümkündür.
Qeyd edək ki, İran hazırda «Şahdəniz» layihəsində iştirak edir. İranın NİCO şirkəti layihədə 10% paya malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR