Bank Of Baku

«Azərbaycan» İES-in bütün enerji bloklarının yenidən qurulması hesabına ölkənin ümumi generasiya gücü daha 600 MVt artacaq

«Azərbaycan» İES-in bütün enerji bloklarının yenidən qurulması hesabına ölkənin ümumi generasiya gücü daha 600 MVt artacaq
# 02 fevral 2009 15:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərbaycan» İstilik-Elektrik Stansiyasında (İES) 2008-ci ildə aparılan planlı təmir işləri nəticəsində 4 saylı enerji bloku istisna olmaqla, digər enerji blokları üzrə ümumilikdə 225 MVt yük məhdudiyyəti aradan qaldırılıb. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib.
Enerji müəssisələrinin payız-qış mövsümünə hazırlığının qiymətləndirilməsi üzrə komissiyanın qərarına uyğun olaraq müəssisəyə «hazırlıq pasportu» verilib.
Qeyd edək ki, ötən il ərzində qış mövsümünə hazırlıq tədbirləri əsasən yerinə yetirilib, o cümlədən 1, 3 və 7 saylı enerji bloklarının orta təmiri, 8 saylı enerji blokunun əsaslı təmiri, 330 kV-luq açıq paylayıcı quruluşda Abşeron hava xəttinin zədələnmə yerinə qədər olan məsafəni təyin edən qurğunun quraşdırılması, işə qoşulması və digər işlər həyata keçirilib.
Qeyd edək ki, elektrik stansiyası hər birinin gücü 300 MVt olan səkkiz enerji blokundan ibarətdir. Daxili imkanlar hesabına 5-ci enerji blokunda aparılan yenidənqurma işlərinin uğurla başa çatdırılması nəticəsində blokun gücü 330 MVt-a qaldırılıb. Stansiyanın 7 blokunun yenidə qurulması layihəsi üzrə işlər həyata keçirilir. Blokların tamamilə yenidən qurulması nəticəsində energetika sistemi 600 MVt-a yaxın əlavə güc əldə edəcək. Qeyd edək ki, hazırda Azərbaycndakı ümumi generasiya gücü 5 300 MVt təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR