Bank Of Baku

Azərbaycan yanvarda Novorossiysk limanından 167,2 min ton xam neft ixrac edib

Azərbaycan yanvarda Novorossiysk limanından 167,2 min ton xam neft ixrac edib
# 03 fevral 2009 07:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2009-cu ilin yanvar ayında Novorossiysk (Qara dəniz, Rusiya) limanından 167 186 ton xam neft ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Yanvar ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 43,59 ABŞ dollara, Ural nefti 43,09 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 bareli isə 45,42 dollara satılıb.
Qeyd edək ki, ARDNŞ 2008-ci ilin yanvar ayında Bakı-Novorossiysk limanından cəmi 256 ton xam neft ixrac edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR