Bank Of Baku

Azərbaycan yanvarda benzin ixracını 10 dəfə artırıb

Azərbaycan yanvarda benzin ixracını 10 dəfə artırıb
# 03 fevral 2009 07:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2009-cu ilin yanvar ayında 15 905 ton avtomobil benzini, 128 761 ton dizel yanacağı, 46 748 ton təyyarə yanacağı ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Ötən ilin yanvar ayı ilə müqayisədə avtomobil benzininin ixracı 10,1 dəfə, dizel yanacağının 0,7%, təyyarə yanacağının ixracı isə 2,9 dəfə artıb.
Yanvar ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 402,77 ABŞ dolları, təyyarə yanacağının qiyməti 471,14 dollar, dizel yanacağının 424,79 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 247,26 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR