Bank Of Baku

Azərbaycanın qaz təchizatı sistemində qanun pozuntularının qarşısını almaq məqsədi ilə qanunvericilik sərtləşdiriləcək

Azərbaycanın qaz təchizatı sistemində qanun pozuntularının qarşısını almaq məqsədi ilə qanunvericilik sərtləşdiriləcək
# 03 fevral 2009 08:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azəriqaz» QSC qaz sistemində istehlakçılar tərəfindən pozuntuların qarşısını almaq və problemləri aradan qaldırmaq məqsədi ilə qanunvericiyə əlavə və dəyişikliklər hazırlayıb. Bu barədə «APA-Economics»ə «Azəriqaz» QSC-nin sədr müavini Nazim Səmədzadə məlumat verib.
N.Səmədzadənin sözlərinə görə, əlavə və dəyişikliklərdə qaz xətlərinə qanunsuz qoşulmalar, ödənişlərin aparılmaması, magistral qaz kəmərləri üzərində tikililər, normativ standartlara uyğun gəlməyən qaz cihazlarından istifadəyə görə tətbiq edilən inzibati tədbirlərin gücləndirilməsi və cərimələrin sərtləşdirilməsi kimi məsələlər əksini tapıb.
«Bu gün «Azəriqaz»ın işçiləri borclu abonentin qaz təchizatını dayandırır. İşçimiz gedəndən sonra mənzil sahibi santexnik gətirərək qaz xəttini yenidən bərpa edir. Bu cür hallarla mübarizə aparmaq çox çətindir», - deyə N.Səmədzadə vurğulayıb.
«Azəriqaz» rəsmisi onu da bildirib ki, hazırda Bakı şəhəri üzrə qaz istehlakçıları tərəfindən ödənişlər 40%-dən bir qədər çoxdur.
Respublikanın şəhər və rayonları üzrə ən yüksək ödəniş Zaqatala və Balakən rayonlarında (100%-dən çox), ən aşağı ödəniş isə Dəvəçi və Neftçala rayonlarındadır.
Qeyd edək ki, hazırda «Azəriqaz»ın 1,2 mln. abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR