Bank Of Baku

Azərbaycan «Azeri Light» markalı növbəti xam neft partiyasının satışına dair tender keçirir

Azərbaycan «Azeri Light» markalı növbəti xam neft partiyasının satışına dair tender keçirir
# 03 fevral 2009 12:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi «Azeri Light» markalı xam neft partiyasının Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanından ixracına dair marketinq sorğusu elan edib.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, sorğuya əsasən, bu ilin mart ayının 1-5-də Ceyhan limanından 1 mln. barel həcmində «Azeri Light» markalı xam neft partiyası ixrac olunmalıdır.
Qeyd edək ki, fevralın 5-də yekun vurulacaq sorğunun nəticələri növbəti gün elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR