Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti yaxın vaxtlarda «Neft Daşları»nda yeni platforma istismara verəcək

Azərbaycan Dövlət Neft Şirkəti yaxın vaxtlarda «Neft Daşları»nda yeni platforma istismara verəcək
# 04 fevral 2009 07:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Xəzər Dəniz Neft Donanmasının «General Əliağa Şıxlinski» dəniz kranı vasitəsilə 36 neftçinin yaşaması üçün nəzərdə tutulmuş iki mərtəbəli yaşayış evi, vertolyot meydançası, habelə qazma buruğu və qülləaltı postament «Neft Daşları» yatağındakı 2415 №-li platformaya nəql edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Yaxın vaxtlarda texnoloji avadanlığın montajından sonra həmin platformanın istismara buraxılması nəzərdə tutulur. Planlaşdırıldığına görə, platformadan 1 qazma dəzgahı vasitəsilə 12 quyu qazılacaq. «Neft Daşları»nda inşa edilən analoji ikibloklu 2512 №-li platforma bu ilin sonunadək istismara veriləcək.
Artıq «Neftqaztikinti» trestinin 8 nömrəli tikinti-quraşdırma idarəsi Pirallahı adasında quraşdırılacaq 660 №-li platformanın 9 blokunun inşasını başa çatdırıb. Platforma «Abşeronneft» NQÇİ tərəfindən işlənilən dayazsulu «Darvin Bankəsi» yatağında quraşdırılacaq. Platformanın 5 bloku artıq hazırlanaraq dənizin 10 metr dərinliyində quraşdırılıb. Qalan 4 blok isə yaxın günlərdə «General Əliağa Şıxlinski» kranı vasitəsilə layihə nöqtəsinə aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR