Bank Of Baku

Avropa İttifaqı ölkələrinin vahid müdafiə məhsulları bazarı yaradılır

Avropa İttifaqı ölkələrinin vahid müdafiə məhsulları bazarı yaradılır
# 04 fevral 2009 08:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin mart ayında Avropa İttifaqı (Aİ) ölkələri Aİ-də vahid müdafiə məhsulları bazarının (EDEM) yaradılması barədə Avropa Parlamentinin direktivi müzakirəyə çıxarılacaq.
«APA-Economics»in məlumatına görə, Avropa Parlamentinin qəbul etdiyi direktiv Aİ ölkələrində müdafiə malları, xidmətlərin lisenziyalaşdırılması, həssas malların sərhəddən keçirilmə proseduralarını sadələşdirəcək, informasiya mübadiləsinə imkan yaradır.
Almaniyanın «CMS Hasche Sigle» şirkətinin hüquqşünası Volfram Şvetzel (Wolfram Schwetzel) «APA-Economics»ə bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi direktiv müdafiə məhsulları bazarını yaxşılaşdırmaq, həmçinin Avropa İttifaqı bazarını üzv-ölkələrin şirkətlərinə açmağa imkan verir. Eyni zamanda, milli lisenziyalaşdırma proseduralarını sadələşdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR