Bank Of Baku

Azərbaycan yanvarda elektrik enerjisi istehsalını 10% azaldıb

Azərbaycan yanvarda elektrik enerjisi istehsalını 10% azaldıb
# 04 fevral 2009 09:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar ayında Azərbaycanda 2,1 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib.
Bu həcmdən istilik elektrik stansiyalarının (İES) payına 2 mlrd. kVt/saatdan, su elektrik stansiyalarının (SES) payına isə 0,1 mlrd. kVt/saatdan artıq enerji istehsalı düşüb.
Enerji istehsalı 2008-ci ilin yanvar ayı ilə müqayisədə 10%-ə yaxın azalıb.
Ay ərzində Rusiya, İran və Gürcüstanla elektrik enerjisi mübadiləsi davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR