Bank Of Baku

Tarif Şurası: «Azərbaycanda yanacağın qiyməti dəyişməyəcək»

Tarif Şurası: «Azərbaycanda yanacağın qiyməti dəyişməyəcək»
# 04 fevral 2009 10:35 (UTC +04:00)
Tarif Şurasından «APA-Economics»ə verilən məlumata görə, ölkədə yanacağın qiymətinin dəyişdiriləcəyi ilə bağlı məlumatların heç bir əsası yoxdur və yanacağın qiymətinin dəyişdirilməsi ilə bağlı Şuraya əlaqədar qurumlardan heç bir təklif daxil olmayıb: «Bu məsələyə baxılması isə ümumiyyətlə, Tarif Şurasının gündəmində yoxdur».
Qeyd edək ki, Tarif Şurasının qərarı ilə 2007-ci il yanvarın 8-dən etibarən Aİ-95 markalı avtomobil benzininin 1 litrinin pərakəndə satış qiyməti 60 qəpik, Aİ-92 və Aİ-80 - 55 qəpik, dizel yanacağı, məişət soba yanacağı və ağ neft üçün isə 45 qəpik səviyyəsində müəyyənləşdirilib.
Bundan başqa, 2007-ci ilin yanvar ayının 8-dən 1 000 kubmetr təbii qazın qiyməti əhali istehlakçı qrupu üçün mövcud səviyyədə (47,2 manat) saxlanılıb, digər istehlakçılar üçün isə 100 manat (ƏDV daxil olmaqla) təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR