Bank Of Baku

Belarus səfiri Nikolay Patskeviç: «Azərbaycan neftinin alınması məsələsi artıq aktuallığını itirib»

Belarus səfiri Nikolay Patskeviç: «Azərbaycan neftinin alınması məsələsi artıq aktuallığını itirib»
# 04 fevral 2009 12:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünyada müşahidə olan maliyyə böhranı şəraitində Belarusun Azərbaycan neftinin alması iqtisadi baxımından əlverişli deyil. «APA-Economics»in məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirib.
Səfirin sözlərinə görə, hazırda Belarusun illik neft hasilatı 1,7-1,8 mln. ton təşkil edir, lakin bir-neçə il bundan öncə neft hasilatının rekord həcmi qeydə alınıb – 7,5 mln. ton: «Hazırda Belarus hasil etdiyi bütün nefti emal edir və neft məhsullarının 35%-i ölkədaxili tələbatı ödəyir. Dekabr ayında Belarusda daha bir neft yatağı aşkar olunub ki, buradan hansı həcmdə neft hasil olunacağı hələ bilinmir».
N.Patskeviç onu da bildirib ki, iki ölkə arasında Azərbaycan neftinin alınmasına dair danışıqlar davam etsə də, məsələ artıq aktuallığını itirib: «Maliyə böhranı dövründə neftin alınması iqtisadi baxımından əlverişsizdir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR