Bank Of Baku

Azərbaycanda müasir neft emalı müəssisələri tikiləcək

Azərbaycanda müasir neft emalı müəssisələri tikiləcək
# 04 fevral 2009 12:49 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.R.Abdullayevin sözlərinə görə, bu müəssisələrdə müasir standartlar əsasında neft məhsulları, o cümlədən benzin istehsal olunacaq.
«Bu gün Azərbaycanda Avropa standartlarına uyğun benzin istehsalı həyata keçirilir. Şəhərin daxilində neft emalı zavodlarını yenidən qurmaqdan, orada böyük həcmli işlər görməkdən imtina etmişik. Dövlət başçısının tapşırığı ilə şəhərdən kənarda böyük neftayırma zavodları tikmək niyyətindəyik», - deyə R.Abdullayev vurğulayıb.
ARDNŞ prezidenti dünya bazarlarında neftin ucuzlaşması ilə əlaqədar rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələrində müəyyən korrektələrin edildiyini də bildirib. Neftin qiymətinin düşməsinə baxmayaraq, əsas böyük layihələr davam edir. Bununla belə, bəzi layihələrin icrası ARDNŞ-in 2009-cu il üçün investisiya proqramından çıxarılıb. ARDNŞ prezidenti neftin qiymətinin düşməsinin Azərbaycan bazarında yanacağın qiymətinə heç bir təsir göstərməyəcəyini də vurğulayıb.
Qeyd edək ki, hazırda Azərbaycanda dizel yanacağının (L-62 markalı) 1 ton üçün topdansatış qiyməti ƏDV ilə 485 manat, kerosin (TS-1) 307 manat, Aİ-80 və Aİ-92 markalı avtomobil benzini 670 manat, Aİ-95 markalı avtomobil benzini 736 manat, soba yanacağı (K-4 markalı) isə 472 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR