Bank Of Baku

“Nabucco” qaz kəmərinin tikintisinə 2011-ci ildə, qaz nəqlinə isə 2014-cü ildə başlanacaq

“Nabucco” qaz kəmərinin tikintisinə 2011-ci ildə, qaz nəqlinə isə 2014-cü ildə başlanacaq
# 04 fevral 2009 14:29 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin paytaxtı Ankarada keçirilən konfransda “Nabucco” beynəlxalq konsorsiumunun direktoru Raynhard Mitçek deyib. O, Azərbaycanın bu magistral boru xətti ilə ildə 8 milyard kubmetr qaz ixrac edəcəyini söyləyib: “Türkmənistan prezidenti də bu kəmərlə qaz ixrac edəcəklərinə söz verib. İlkin mərhələdə 8-10 milyard kubmetr qaz kifayət edər”. İranın da zəngin qaz ehtiyatlarına malik olduğunu vurğulayan R. Mitçek bu ölkədən də qaz almaq istədiklərini, bunun üçün siyasi dəstəyə ehtiyac duyduqlarını bildirib: “Biz qətiyyən Rusiyanın layihədə iştirakının əleyhinə deyilik. Rusiyadan müvafiq təklif gələrsə, bunu tərəfdaşlarımızla müzakirə edərik”.
Qeyd edək ki, dəyəri 8 milyard dollar məbləğində qiymətləndirilən “Nabucco” layihəsi Rusiyadan yan keçməklə Xəzər dənizindən Avstriyaya qaz kəməri çəkilməsini nəzərdə tutur. Bakı-Tiflis-Ərzurum xəttinin davamı olacaq bu kəmərlə ildə 20-30 milyard kubmetr qaz nəql edilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR