Bank Of Baku

Azərbaycan «Bakı Məişət Maşınları» zavodunu investisiya müsabiqəsində satışa çıxarıb

Azərbaycan «Bakı Məişət Maşınları» zavodunu investisiya müsabiqəsində satışa çıxarıb
# 05 fevral 2009 08:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Bakı Məişət Maşınları» ASC-nin səhmlərinin 99,67%-nin (85% + əmək kollektivi üzvlərinə səhmlərin güzəştli satışından qalan 14,67%) satışı üzrə investisiya müsabiqəsi elan edilib. Müsabiqədə yerli və xarici investorlar iştirak edə bilərlər. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən (DƏİEDK) məlumat verilib.
Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcək.
Universal məişət avadanlıqlarının satışı və istehsalı ilə məşğul olan səhmdar cəmiyyətinin nizamnamə kapitalı 4 527 748 manat, buraxılmış səhmləri 2 263 874, bir səhmin nominal dəyəri 2 manatdır. İnvestisiya müsabiqəsində satışa ümumi nominal dəyəri 4 512 856 manat olan 2 256 428 səhm çıxarılıb. Səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 496 807,5 manat, o cümlədən mal, iş və xidmətlərə görə öhdəliklər 234 782,9 manat, əməkhaqqı və ona bərabər borcları 262 024,6 manat, debitor borcları isə 4 615 manatdır.
İddiaçılar investisiya proqramlarında yeni texnologiyaların tətbiqi, istehsal olunan məhsulların keyfiyyətinin yaxşılaşdırılması, mərhələlər üzrə istehsal güclərinin və məhsul çeşidinin artırılmasına dair təklifləri əks etdirməlidirlər.
Bundan başqa, iddiaçılar səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən 60 təqvim günü müddətində təklif olunmuş investisiya həcminin ümumi məbləğinin 5%-ə qədərinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsi, həmçinin dövlət büdcəsinə ödəniləcək 850 min manat məbləğində pul vəsaitinə dair təkliflərini də təqdim etməlidir.
İddiaçılar səhmdar cəmiyyətinin Özəlləşdirmə Planı ilə tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün martın 6-dək DƏİEDK-in mərkəzi aparatına (Bakı şəhəri, Y.Səfərov küçəsi,20, otaq 810, tel.: 490 24 08 (əlavə 242) müraciət edə bilərlər.
İddiaçıların ərizə və təkliflərinin qəbulu martın 6-dək aparılacaq. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsinə isə martın 10-dan başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR