Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Günəşli» yatağında yeni quyu istismara verib

Azərbaycan Dövlət Neft Şirkəti «Günəşli» yatağında yeni quyu istismara verib
# 05 fevral 2009 12:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «28 May» Neft və Qaz Çıxarma İdarəsinin (NQÇİ) işlədiyi «Günəşli» yatağındakı 14 №-li platformada 76 №-li yüksək debitli quyu istismara verilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Quyu 3400 metr dərinlikdən sutkada 250 min kubmetr qaz və 40 ton kondensat verir. Ehtiyatda daha bir neçə məhsuldar horizont mövcuddur.
Qeyd edək ki, 1988-ci ildə istismara verilmiş 14 №-li platforma «Günəşli» yatağındakı ən böyük platformalardandır. İlkin olaraq 24 quyunun qazılması üçün nəzərdə tutulan platformaya 2003-cü ildə 12 quyuluq əlavə blok birləşdirilib. Ötən 21 il ərzində «Bayıl Limanı» Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən platformadan 35 quyu qazılıb. Hazırda buradan gündəlik olaraq 2200 ton neft və kondensat, 5,5 mln. kubmetr qaz hasil edilir.
Ötən il «28 may» NQÇİ-nin işlədiyi platformalardan 5,282 mln. ton neft (ARDNŞ-in ümumi hasilatının 70%-ni təşkil edir) və 6,5 mlrd. kubmetr qaz (Şirkətin qaz hasilatının 80%-dən çoxu) hasil edilib. Qaz hasilatı 2007-ci illə müqayisədə 2,4 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR