Bank Of Baku

Türkiyə Azərbaycan qazının idxalını artırmaq niyyətindədir

Türkiyə Azərbaycan qazının idxalını artırmaq niyyətindədir
# 05 fevral 2009 13:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bakıda səfərdə olan Türkiyə baş nazirinin müşaviri Taner Yıldızla görüşüb. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycanla Türkiyə arasında enerji sektorunda birgə əməkdaşlıq, həyata keçirilən layihələr və qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparılıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Bakıya səfər etdiyini bildirən T.Yıldız qeyd edib ki, rəsmi Ankara «Nabucco» layihəsi ilə bağlı Budapeşt sammitinin nəticələrinin Azərbaycanla müzakirəsini vacib hesab edir.
Görüşdə qeyd olunub ki, Türkiyə «Şahdəniz» layihəsinin ikinci mərhələsi çərçivəsində Azərbaycandan daha çox həcmdə qaz almaq niyyətindədir və bununla əlaqədar müvafiq şərtlərin müəyyən edilməsi vacibdir.
N.Əliyev isə bildirib ki, Azərbaycan gələcəkdə Türkiyəyə nəql edilən qazın həcmini artırmaq üçün daha zəngin imkanlara malikdir.
Görüşdə Azərbaycan qazının Türkiyə üzərindən Avropaya nəql edilməsi perspektivi də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR