Bank Of Baku

«Bakıelektrikşəbəkə» fevralın 7-də borclu abonentlərin işığını kəsəcək

«Bakıelektrikşəbəkə» fevralın 7-də borclu abonentlərin işığını kəsəcək
# 05 fevral 2009 14:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Bakıelektrikşəbəkə» ASC fevral ayının 7-də saat 15:00-dan borclu abonentlərin elektrik enerjisi təchizatını dayandıracaq. Bu barədə «APA-Economics»ə «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Artıq bununla bağlı borclu abonentlərə xəbərdarlıq edilib. Elektrik enerjisi təchizatı həmçinin yaradılmış xüsusi kəsim qrupu tərəfindən həyata keçiriləcək.
«Bakıelektrikşəbəkə» ASC xəbərdar edir ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gündən sonra mümkün olacaq və borclarını ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək.
Qeyd edək ki, «Bakıelektrikşəbəkə» ASC-nin 650 minə yaxın abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR