Bank Of Baku

Azərbaycan Supsa limanından «Azeri Light» markalı növbəti xam neft partiyasının satışına dair tender keçirir

Azərbaycan Supsa limanından «Azeri Light» markalı növbəti xam neft partiyasının satışına dair tender keçirir
# 07 fevral 2009 07:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi «Azeri Light» markalı xam neft partiyasının Gürcüstanın Qara dənizi sahilində yerləşən Supsa limanından ixracına dair marketinq sorğusu elan edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, sorğuya əsasən, bu ilin martın 6-7-də Supsa limanından 600 min barel həcmində «Azeri Light» markalı xam neft partiyası ixrac olunmalıdır.

Qeyd edək ki, fevralın 10-da yekun vurulacaq sorğunun nəticələri növbəti gün elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR