Bank Of Baku

Azərbaycanda İran sementinin satış məntəqəsi açılacaq

Azərbaycanda İran sementinin satış məntəqəsi açılacaq
# 09 fevral 2009 07:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İranın «Ərdəbil Sement» şirkəti 2009-cu ildə Azərbaycana ayda 20 min tondan artıq sement ixrac etməyi planlaşdırır. Bu barədə «APA-Economics»ə «Ərdəbil Sement»in marketinq üzrə direktoru Həmid İsrafili məlumat verib.
«Biz əvvəlcə Azərbaycanda sement istehsal edən bir zavodun inşasını planlaşdırırdıq. Lakin Azərbaycanda ikinci sement zavodunun tikintisi nəzərdə tutulduğundan, danışıqları dayandırdıq», - deyə şirkət nümayəndəsi vurğulayıb.
H.İsrafilinin sözlərinə görə, şirkət bu il ərzində Azərbaycanda mərkəzi satış məntəqəsini açmağı planlaşdırır.
H.İsrafili bu il şirkətin M-530 markalı sement istehsalına başladığını vurğulayıb. Bu markalı sement şoranlıq ərazilərdə istifadə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR