Bank Of Baku

Neftin qiyməti 20 dollara enə bilər

Neftin qiyməti 20 dollara enə bilər
# 09 fevral 2009 08:01 (UTC +04:00)
Karakas – APA. Dünya bazarında neftin bir barelinin qiymətinin 20 dollara qədər enəcəyi istisna olunmur. APA-nın məlumatına görə, bunu Venesuelanın maliyyə naziri, neft ixrac edən ölkələrin təşkilatı – OPEK-in sabiq baş katibi Ali Rodriges bu ölkədə nəşr olunan “El Universal” qəzetinə müsahibəsində deyib. O bildirib ki, qiymət azalmasının sosial xərclərin ixtisarına səbəb olmaması üçün hökumət mümkün olan hər şeyi edir. Nazir 2009-cu ilin dövlət büdcəsində neftin bir barelinin 60 dollardan hesablandığını, hazırda isə Venesuela neftinin 36 dollara satıldığını söyləyib.
Qeyd edək ki, Venesuela dünyada 5-ci neft ixracatçısıdır və OPEK-in təsisçilərindən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR