Bank Of Baku

İrandan Azərbaycana dəm qazının artmasını xəbər verən siqnal cihazı gətiriləcək

İrandan Azərbaycana dəm qazının artmasını xəbər verən siqnal cihazı gətiriləcək
# 09 fevral 2009 09:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İranın «Cahan Afrooz» şirkətinin Azərbaycandakı nümayəndəliyi olan «Manouchehri Mehran» şirkəti yaxın vaxtlarda otaqda oksigen azalması və ya dəm qazının artmasını xəbər verən xüsusi siqnal cihazını satışa çıxarmağı planlaşdırır. Bu barədə «APA-Economics»ə şirkətin baş meneceri İlham Əliyev məlumat verib.
Qaz sobaları qurulmuş otaqda yerləşdiriləcək qurğu qaz axını və ya dəm qazının səviyyəsi artdıqda cihazda siqnal işə düşüb insanları xəbərdar edəcək.
Şirkət nümayəndəsinin sözlərinə görə, «Cahan Afrooz»un qaz sobaları Azərbaycanda ilk dəfə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən milli sertifikat almış sobalardır. Bundan başqa, Fövqəladə Hallar Nazirliyindən də təhlükəsizlik sertifikatı alınıb: «Sobalar tam təhlükəsiz sayılır. Otaqda oksigenin həcmi 15%-ə endikdə, habelə qaz kəsilib sonra verildikdə sobaya qazın verilməsi avtomatik dayanır. Tənzimləyici qurğu yüksək və aşağı təzyiqi nizamlayır».
Şirkət qaz sobalarının Azərbaycana ixracına bu ilin yanvar ayında başlayıb və artıq 1000 ədəd müxtəlif modeldə qaz sobası gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR