Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Neft Daşları»nda yeni quyu istismara verib

Azərbaycan Dövlət Neft Şirkəti «Neft Daşları»nda yeni quyu istismara verib
# 10 fevral 2009 07:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks Qazma İşləri Trestinin nəzdindəki «Bayıl Limanı» Qazma İdarəsi tərəfindən «Neft Daşları» yatağında 1887№-li meydançadan fasilə lay dəstəsindən 2282№-li quyu istismara verilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Quyu gün ərzində 100 ton hasilatla istismara daxil edilib və «Neft Daşları» Neft və Qaz Çıxarma İdarəsinə (NQÇİ) təhvil verilib. Meydançada 36 quyunun qazılması nəzərdə tutulub və hazırda orada 16 quyu qazılıb.
Qeyd edək ki, 1887№-li meydançadan gün ərzində 390 ton neft hasil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR