Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Günəşli» yatağında yeni quyu istismara verib

Azərbaycan Dövlət Neft Şirkəti «Günəşli» yatağında yeni quyu istismara verib
# 10 fevral 2009 08:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «28 May» Neft və Qaz Çıxarma İdarəsinə (NQÇİ) məxsus «Günəşli» yatağındakı 13№-li platformadan 249№-li yüksək debitli quyu istismara verilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Quyu 3900 metr dərinlikdən sutkada 200 min kubmetr qaz, 50 ton kondensat verir. Platformada 20 quyunun qazılması nəzərdə tutulur.
Qeyd edək ki, 2004-cü ildə istismara verilmiş platformadan 12 quyu qazılaraq fəaliyyətdə olan fonda daxil edilib. Quyular ümumilikdə sutkada 2,5 mln. kubmetr qaz, 660 ton neft və 300 ton kondensat verir. Cari ilin əvvəlindən fəaliyyətdə olan fonda 3 yeni, yüksək debitli quyu daxil edilib ki, bunun sayəsində sutkalıq qaz hasilatı 0,5 mln. kubmetr artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR