Bank Of Baku

Azərbaycanın hasilat sənayesində ödənişlərlə bağlı növbəti hesabatların auditini «Deloitte» keçirəcək

Azərbaycanın hasilat sənayesində ödənişlərlə bağlı növbəti hesabatların auditini «Deloitte» keçirəcək
# 10 fevral 2009 09:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin hökumətə ödənişləri və hökumətin yerli və xarici şirkətlərdən daxilolmaları barədə növbəti, X hesabat mərhələsi üzrə hesabatlarının (illik, 2008) auditini «Deloitte» şirkəti keçirəcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Neft Fondundan məlumat verilib.
Audit şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (QHT) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilən Seçim Qrupu tərəfindən seçilib.
Memoranduma uyğun olaraq, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq miqyasda tanınmış 4 nüfuzlu audit şirkətinə («Deloitte», «PricewaterhouseCoopers», «Ernst & Young» və «Moore Stephens») müsabiqədə iştirakla bağlı dəvətlər göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR