Bank Of Baku

Azərbaycanın sənaye və energetika naziri Şri-Lanka, Anqola və Nigeriyanın yeni səfirləri ilə görüşüb

Azərbaycanın sənaye və energetika naziri Şri-Lanka, Anqola və Nigeriyanın yeni səfirləri ilə görüşüb
# 10 fevral 2009 13:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Şri-Lanka, Anqola və Nigeriyanın Azərbaycana təyin olunmuş yeni səfirləri ilə tanışlıq görüşü keçirib. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Şri-Lankanın səfiri Mohamed Zuhairlə keçirilən görüşdə iki ölkə arasında energetika sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Səfir ölkəsinin energetika sistemi haqqında N.Əliyevi məlumatlandırıb və bildirib ki, Azərbaycanın Şri-Lankada neft-qaz yataqlarının kəşfiyyatı və istismarı prosesində iştirak etməsi münasibətlərin genişlənməsinə təkan verə bilər. M.Zuhair Şri-Lankada neft və neft məhsullarına böyük ehtiyac yarandığını nəzərə çatdıraraq, bu sahədə Azərbaycanla əlaqələrin qurulmasında xüsusilə maraqlı olduqlarını vurğulayıb.
Anqola səfiri Sauel Titu Armandi ilə görüşdə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Səfir Azərbaycanın neft strategiyası sahəsində təcrübəsinin öyrənilməsində, bu sahədə əlaqələrin qurulmasında, ölkəsinin maraqlı olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR