Bank Of Baku

Gəncə Avtomobil Zavodu Azərbaycanda MAZ markalı avtomobillərin istehsalına başlayır

Gəncə Avtomobil Zavodu Azərbaycanda MAZ markalı avtomobillərin istehsalına başlayır
# 11 fevral 2009 10:24 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı – APA. Gəncə Avtomobil Zavodu Azərbaycanda MAZ (Minsk Avtomobil Zavodu) markalı avtomobillərin və digər texnikanın istehsalı və satışını həyata keçirmək üçün eksklüziv hüquqa malik olub. Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, bundan sonra ölkə ərazisində MAZ avtomobillərinə olan tələbatı Gəncə Avtomobil Zavodu ödəyəcək. İki müəssisə arasında bu barədə razılaşma əldə olunub. Bu təşəbbüslə Belarus tərəfi çıxış edib. Azərbaycanda işgüzar səfərdə olan Minsk Avtomobil Zavodu baş direktorunun xarici iqtisadi əlaqələr üzrə müavini Vladimir Lüsikov və MDB ölkələri üzrə idarə rəisi Yuri Simonenko Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyevə MAZ-ın müxtəlif markalarının Azərbaycanda yığılaraq realizəsini həyata keçirmək təklifi irəli sürüb. Bu təklifi qəbul etməklə Gəncə Avtomobil Zavodu istehsal gücünü artırmaq imkanı əldə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR