Bank Of Baku

Azərbaycanda elektrik enerjisi borclarının on-layn ödənilməsi sistemi istifadəyə verilib

Azərbaycanda elektrik enerjisi borclarının on-layn ödənilməsi sistemi istifadəyə verilib
# 29 aprel 2009 10:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda ilk dəfə olaraq abonentlər «Golden Pay» ödəmə sistemi vasitəsi ilə elektrik enerjisi borclarını on-layn rejimdə ödəmək imkanı əldə ediblər.
«APA-Economics»in məlumatına görə, «Bakielektrikşəbəkə» ASC Azərbaycanın ilk on-layn ödəmə sistemi olan «GoldenPay»la birlikdə abonentlərə elektrik enerjisi borclarını bank kartlarından istifadə etməklə internet üzərindən on-layn rejimdə ödəmə xidmətini təqdim edib.
«Visa/Visa Elektron» və «MasterCard/Maestro» plastik kartlarına sahib olan abonentlər gün ərzində internetə qoşulmaq imkanı olan istənilən yerdə «Bakıelektrikşəbəkə» ASC-nin rəsmi saytına (www.bes.az) daxil olaraq elektrik enerjisi borclarını öyrənə və ödəyə bilər.
Xatırladaq ki, «GoldenPay» sisteminin 2008-ci ilin dekabr ayında «SilverKey Azərbaycan» şirkəti tərəfindən Azərbaycanın ilk internet ödəmə sistemi kimi təqdimatı keçirilib. Bu sistem fəaliyyət göstərmək üçün «Visa» və «MasterCard» beynəlxalq ödəmə sistemləri tərəfindən lazımı tələblərə cavab verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR