Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Xəzərdə qəzalı vəziyyətdə olan hidrotexniki qurğuları sökməyə başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti Xəzərdə qəzalı vəziyyətdə olan hidrotexniki qurğuları sökməyə başlayıb
# 29 aprel 2009 11:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in «SOCAR-ASM» birgə müəssisəsi «Neft Daşları» və «Palçıq Pilpiləsi» yataqlarındakı qəzalı vəziyyətdə olan hidrotexniki qurğuları sökməyə başlayıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
İlk olaraq 2 saylı baza və 1 saylı qəsəbəyə aid metal tullantılarının sökülməsi işlərinə başlanıb. Yaxın vaxtlarda 2 saylı bazada metal tullantıların təmizlənməsi işləri başa çatacaq.
«Neft Daşları» NQÇİ-nin dəniz sahəsinin metal tullantılarından təmizlənməsi işlərinə «SOCAR-ASM»in 30 nəfərlik dalğıc heyəti ilə birgə Xəzər Dəniz Neft Donanmasına məxsus «Hövsan» yedək gəmisi, «İslam Kərimov» və «Zülfi Hacıyev» kran gəmiləri cəlb edilib.
«Neft Daşları» NQÇİ-nin dəniz sahəsində görülən işlərin sürətləndirilməsi üçün «Kunarçay» və «Ramiz Hacıyev» kran gəmiləri də yaxın günlərdə bu fəaliyyət sahəsinə cəlb ediləcək. Planlaşdırılan işlər dəniz dibinin «sonar» tədqiqat üsulu ilə metal tullantılarından tam təmizləndiyi müəyyənləşdirildikdən sonra yekunlaşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR