Bank Of Baku

Azərbaycanın sənaye kompleksində muzdlu işçilərin ixtisarı əsasən emal müəssisələrində müşahidə olunur

Azərbaycanın sənaye kompleksində muzdlu işçilərin ixtisarı əsasən emal müəssisələrində müşahidə olunur
# 29 aprel 2009 12:09 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sənaye müəssisələrində muzdlu işçilərin sayı 2009-cu ilin yanvar-fevral aylarında 7 977 nəfər və ya 4,5% azalaraq martın 1-nə 170 920 nəfərə çatıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Dövlət Komitəsinin hesabatına əsasən, bu ilin ilk iki ayı ərzində sənayedə ixtisara salınan 7 977 iş yerindən 7 019-u və ya 88%-i emal sahələrinə aiddir. Eyni zamanda, ixtisar olunanların təxminən 45%-i dövlət mülkiyyətində olan müəssisələrdə çalışıb. DSK-nın hesablamalarına görə, neft sektorunda muzdla çalışanların sayı hesabat dövründə 530 nəfər azalıb, onlardan 512-si isə Azərbaycan vətəndaşlarıdır. Bununla yanaşı, içki və tütün daxil olmaqla, qida məhsullarının istehsalı, toxuculuq və tikiş sənayesi, dəri və ayaqqabı, oduncaqların emalı və ağac məmulatları, rezin və plastmas məmulatları, hazır metal məmulatları, maşın və avadanlıqların istehsalı ilə məşğul olan müəssisələrdə də azalma qeydə alınıb.

Qeyd edək ki, ötən ilin martından emal sənayesində muzdlu işçilərin azalması DSK tərəfindən 3,4% səviyyəsində açıqlanır, bu da 5 917 iş yerinin bağlanması deməkdir.

Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin siyahı sayı 1 407,7 min nəfər, orta siyahı sayı isə 1 363,0 min nəfər təşkil edib. Onların 874,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 488,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərir. Maraqlıdır ki, dövlət mülkiyyətinə aid müəssisə və təşkilatlarda işçilərin sayı ilin əvvəlindən 1 100 nəfər və ya 0,13% artığı halda, özəl sektorda bu göstərici 8 200 nəfər və ya 1,65% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR