Bank Of Baku

Parsabad-Astara elektrik xəttinin çəkilməsi layihəsi üzrə işlərin 92%-i yerinə yetirilib

Parsabad-Astara elektrik xəttinin çəkilməsi layihəsi üzrə işlərin 92%-i yerinə yetirilib
# 29 aprel 2009 12:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Parsabad-Astara EVX/YS» tikinti layihəsi çərçivəsində uzunluğu 25 km olan 330 KV-luq II İmişli-Parsabad hava elektrik verilişi xəttində tikinti-quraşdırma işləri başa çatdırılıb və hazırda İran tərəfi ilə sınaq işləri aparılır. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Cari ildə layihə üzrə 330 KV-luq «İmişli-Şirvan İES» EVX-də dayaq özülləri betonlanıb, həmçinin dayaqlar quraşdırılıb. Digər dayaqların isə aşağı konstruksiyasının quraşdırılması başa çatdırılıb. Eyni zamanda, 14 km məsafədə xətt çəkilib.

«Parsabad-Astara EVX/YS»nin tikinti layihəsinin isə tərkib hissəsi olan 220 KV-luq Şirvan Elektrik Stansiyası-Salyan yarımstansiyası-Masallı yarımstansiyası-Astara (İran) hava elektrik verilişi xətti üzrə işlər davam etdirilir. Bu istiqamətdə 350 km-ə yaxın yüksək gərginlikli elektrik verilişi xətti çəkiləcək.

«Parsabad-Astara EVX/YS» layihəsi üzrə bu günə kimi işlərin 92%-i yerinə yetirilib.

Qeyd edək ki, «Parsabad-Astara EVX/YS»nin tikinti layihəsinin tərkibinə həmçinin «Salyan» yarımstansiyasının tikintisi və 3 yarımstansiyanın yenidən qurulması daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR