Bank Of Baku

Giorgi Vaşakmadze: «Qərb Türkmənistanı TransXəzər kəmərinin tikintisinə inandırmalıdır»

Giorgi Vaşakmadze: «Qərb Türkmənistanı TransXəzər kəmərinin tikintisinə inandırmalıdır»
# 29 aprel 2009 13:03 (UTC +04:00)
Bakı. Elmin İbrahimov – APA-Economics. Kolumbiya Universitetinin Harriman İnstitutunda «Qafqaz və Orta Asiyanın enerji ixrac sistemlərinin arxitekturası» adlı konfrans keçirilib. «APA-Economics»in BNE portalına (www.businessneweurope.eu) istinadən verdiyi məlumata görə, tədbirdə iştirak edən ekspertlər bildiriblər ki, gələcək qeyri-müəyyənliklər Qərbin Avrasiya enerjisinin böyük hissəsinə nəzarətini təhlükə altında qoyur.
Beynəlxalq və İctimai Əlaqələr Fakültəsinin professoru Cenik Radon tərəfindən təşkil edilən konfransda iştirakçılar bildiriblər ki, Çininin artan geosiyasi cazibəsi, Gürcüstan müharibəsindən sonra Rusiyanın «yaxın xaric imicinə» zərbə vurur. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov isə ötən ay Azərbaycan Dövlət Neft Şirkəti ilə Rusiyanın «Qazprom» ASC arasında imzalanan sənədə münasibət bildirərək qeyd edib ki, rəsmi Bakı «Qazpromu» təhdid etmir, tərəfdaş hesab edir.
«Carnegi Endoument» Təşkilatının nümayəndəsi Marta Brill Olkott isə vurğulayıb ki, Orta Asiyadan Qərbə istiqamətlənən boru kəmərləri regionun tranzit imkanlarını və əhəmiyyətini artırır.
Gürcüstan Beynəlxalq Neft Korporasiyasının sabiq direktoru Giorgi Vaşakmadze Avrasiya enerji tranzitində Türkiyənin rolunun həlledici olduğunu qeyd edib. Onun sözlərinə görə, Qərb hazırda Bakı-Tiflis-Ərzrum kəmərinə birləşəcək TransXəzər kəmərinin tikintisinə Türkmənistanı inandırmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR