Bank Of Baku

Azərbaycanın mədənçıxarma sənayesində istehsal I rübdə 2,2% azalıb

Azərbaycanın mədənçıxarma sənayesində istehsal I rübdə 2,2% azalıb
# 01 may 2009 09:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci rübündə Azərbaycanın mədənçıxarma sənayesində istehsalın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2% azalıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən 9,5 mln. ton neft, 2 972,2 mln. kubmetr əmtəəlik təbii qaz hasil edilib.
Ümumiyyətlə, yanvar-mart aylarında Azərbaycanda 11 386,1 min ton xam neft hasil olunub ki, ötən ilin analoji dövrü ilə müqayisədə hasilatın həcmi 3,1% azalıb. Neftin 1 787,0 min tonunu dövlət, 9 599,1 min tonunu isə özəl sektorda fəaliyyət göstərən şirkətlər hasil edib. Bu göstəricilər ötən ilin yanvar-mart ayları ilə müqayisədə müvafiq olaraq 3,6% və 3% azalıb.
Təbii qazın hasilatına gəldikdə isə, cari ilin I rübündə Azərbaycanda 4 728,8 mln. kubmetr mavi yanacaq hasil olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 20% artıb. Hesabat dövründə dövlət sektorunda fəaliyyət göstərən şirkətlər 1 739,3 mln. kubmetr əmtəəlik qaz hasil edib ki, ötən ilin yanvar-mart ayları ilə müqayisədə bu göstərici 0,8% azalıb. Özəl şirkətlər tərəfindən isə 2 989,5 mln. kubmetr əmtəəlik qaz hasil edilib. Bu göstərici ötən ilin I rübü ilə müqayisədə 36,6% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR