Bank Of Baku

Azərbaycan yanvar-mart aylarında xam neft ixracını 2,3 dəfə azaldıb

Azərbaycan yanvar-mart aylarında xam neft ixracını 2,3 dəfə azaldıb
# 01 may 2009 15:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-mart aylarında Azərbaycan 2 052 901,1 min ABŞ dolları dəyərində 6 694 332 ton xam neft ixrac edib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İxrac olunan xam neftin həcmi 2008-ci ilin müvafiq dövrünə nisbətən 2,3 dəfə azalıb.
Xam neftin 610 842 tonu Bakı-Novorossiysk, 1 105 316 tonu Bakı-Supsa, 7 716 799,6 tonu isə Bakı-Tiflis-Ceyhan neft kəməri, 191 594,6 tonu isə dəmir yolu vasitəsi ilə ixrac edilib.
Hesabat dövründə ixrac olunmuş neft məhsullarının həcmi 683 960,3 ton, dəyəri isə 221 875,4 min ABŞ dolları təşkil edib. Neft məhsullarının ixracı 2008-ci ilin birinci rübünə nisbətən 21% azalıb.
İxrac olunmuş xam neft əsasən ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac edilib. Neft məhsullarının ixracında ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin payı 96,35%, «Azneftyağ» İstehsalat Birliyinin 3%, «Monolit-D Ltd.» şirkətinin payı isə 0,65% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR