Bank Of Baku

Bu gün Bakıda Dövlət Neft Fondu ilə Türkiyə nümayəndə heyəti arasında görüş keçirilib

Bu gün Bakıda Dövlət Neft Fondu ilə Türkiyə nümayəndə heyəti arasında görüş keçirilib
# 01 may 2009 16:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Türkiyə Kapital Bazarları Şurasının sədri Vedat Akgirayın rəhbərlik etdiyi və Depozitar və Hesablaşma Bankının sədri Emin Çatana, Mərkəzi Qiymətli Kağızlar Depozitarisinin baş meneceri Yakup Ergincan və Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Cahit Büyüktürkün daxil olduğu nümayəndə heyətini qəbul edib.
ARDNF-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə Ş.Mövsümov Fondun fəaliyyəti və vəsaitlərinin idarə edilməsi barədə qonaqlara ətraflı məlumat verib, həmçinin qurum tərəfindən maliyyələşdirilən layihələrin inkişaf üçün əhəmiyyətli olduğunu bildirib.
Görüşdə eyni zamanda Azərbaycan və Türkiyə arasındakı iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, iki ölkə arasında qiymətli kağızlar bazarının inkişafına dair işgüzar əlaqələrin genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR