Bank Of Baku

Türkiyənin BOTAŞ şirkətinin baş direktoru danışıqlar aparmaq üçün Azərbaycana gəlir

Türkiyənin BOTAŞ şirkətinin baş direktoru danışıqlar aparmaq üçün Azərbaycana gəlir
# 04 may 2009 07:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyənin BOTAŞ şirkətinin baş direktoru Saldıq Düzyolun rəhbərlik etdiyi nümayəndə heyəti bu həftənin sonu Azərbaycana gələcək. Bu barədə «APA-Economics» Türkiyə mətbuatına istinadən məlumat verib.
BOTAŞ rəhbəri Azərbaycanda keçirəcəyi görüşlərdə «Şahdəniz» layihəsinin ikinci mərhələsində təbii qazın alqı-satqısına dair müzakirələr aparacaq.
Qeyd edək ki, Türkiyə «Şahdəniz»in ikinci mərhələsi çərçivəsində ildə 8 mlrd. kubmetr təbii qaz almaq istəyir.
Türkiyə KİV-in yazdığına görə, yeni enerji və təbii ehtiyatlar naziri Taner Yıldız ötən həftənin şənbə günü BOTAŞ rəsmiləri ilə keçirdiyi görüşdə «Nabucco» layihəsi və Azərbaycandan təbii qaz idxalı ilə bağlı məsələlər üzrə müzakirələr aparıb. T.Yıldızın enerji sahəsində əməkdaşlığa dair danışıqları davam etdirmək üçün yaxın vaxtlarda Azərbaycana səfər etməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR