Bank Of Baku

Azərbaycan I rübdə elektrik enerjisinin ixracını 14% artırıb

Azərbaycan I rübdə elektrik enerjisinin ixracını 14% artırıb
# 04 may 2009 09:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-mart aylarında Azərbaycan xarici dövlətlərə 118,6 mln. kVt/saat elektrik enerjisi ixrac edib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin həcmi 2008-ci ilin müvafiq dövrünə nisbətən 13,8% artıb. Cari ilin birinci rübündə ixrac olunmuş elektrik enerjisinin dəyəri 4 086,7 min ABŞ dolları (1 kVt/saat üçün 0,0345 dollar) təşkil edib.
Hesabat dövründə Azərbaycana qonşu ölkələrdən 37,7 mln. kVt/saat həcmində (dəyəri 1 409,4 min ABŞ dolları) elektrik enerjisi idxal edilib (1 kVt/saat üçün 0,0374 dollar) və bu da 2008-ci ilin müvafiq göstəricisindən 2,5 dəfə azdır.
Qeyd edək ki, Azərbaycan hazırda Rusiya, İran və Türkiyəyə elektrik enerjisi ixrac edir və zərurət yarandıqda bu ölkələrdən enerji alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR