Bank Of Baku

Azərbaycan və Türkiyə hökumətləri hərbi sənaye sahəsində əməkdaşlıq imkanlarını müzakirə edəcək

Azərbaycan və Türkiyə hökumətləri hərbi sənaye sahəsində əməkdaşlıq imkanlarını müzakirə edəcək
# 04 may 2009 09:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin iyun ayının sonunda Azərbaycan və Türkiyə arasında hərbi sənaye sahəsində əməkdaşlıq üzrə hökumət səviyyəsində müzakirələrin keçiriləcəyi gözlənilir. Bu barədə «APA-Economics»ə Azərbaycan hökumətindən məlumat daxil olub.
Müzakirələrə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Türkiyə Milli Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Katibliyi ilə yanaşı Türkiyənin hərbi sənaye kompleksinə daxil olan şirkətlərin nümayəndələri də qatılacaq. Bakıda keçirilməsi planlaşdırılan bu görüşdə hərbi sənaye müəssisələri arasında əməkdaşlıq, Azərbaycan və Türkiyə hökumətləri arasında bu sektorda əməkdaşlığa dair imzalanmış sənədlərə yenidən baxılması, təhsil və təcrübə mübadiləsi, elmi araşdırmalar, habelə müştərək istehsalın qurulması perspektivləri və s. məsələlər nəzərdən keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR