Bank Of Baku

«Azpetrol» şirkəti yeni regional yanacaqdoldurma məntəqəsi açıb

«Azpetrol» şirkəti yeni regional yanacaqdoldurma məntəqəsi açıb
# 04 may 2009 10:18 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycanın Lənkəran rayonunun mərkəzində «Azpetrol» şirkətinin yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. APA-nın cənub bürosunun məlumatına görə, yanacaqdoldurma məntəqəsinin açılış mərasimində çıxış edən şirkətin baş direktoru Hüseynağa Rəhimov bildirib ki, burada 60 nəfər daimi iş yeri ilə təmin olunub. Onların orta aylıq əmək haqqı 340 manat təşkil edir.
Ümumi sahəsi 3 min kv. metr olan yeni məntəqədə dizel və benzin yanacağının satışı ilə yanaşı, avtomobillərin yuma sexi və kafe də müştərilərə xidmət göstərəcək. Yeni açılan yanacaqdoldurma məntəqəsində ilk 40 müştərinin hər birinə 10 litr yanacaq hədiyyə olunub.
H.Rəhimov yaxın vaxtlarda Yevlax və Qusar rayonlarında da yeni yanacaqdoldurma və qazdoldurma məntəqələrinin istifadəyə veriləcəyini qeyd edib.
Qeyd edək ki, «Azpetrol» şirkəti 1997-ci ildə Bakı şəhərinin Tbilisi prospektində ilk yanacaqdoldurma məntəqəsinin açılışı ilə fəaliyyətə başlayıb. Hazırda şirkətin respublika üzrə yanacaqdoldurma (benzin, dizel və maye qaz) məntəqələrinin sayı 67-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR