Bank Of Baku

Apreldə ARDNŞ avtomobil benzini ixracını 12%, təyyarə yanacağı ixracını isə 17,3% azaldıb

Apreldə ARDNŞ avtomobil benzini ixracını 12%, təyyarə yanacağı ixracını isə 17,3% azaldıb
# 04 may 2009 12:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi cari ilin aprel ayında 17 465 ton avtomobil benzini, 118 864 ton dizel yanacağı, 29 174 ton təyyarə yanacağı, 29 989 ton soba mazutu ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Ötən ay Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş avtomobil benzini mart ayı ilə müqayisədə 12%, təyyarə yanacağı 17,3% azalıb. Bunun müqabilində dizel yanacağının həcmi 10,4%, soba mazutunun həcmi isə 39 dəfə artıb.

Ümumilikdə, 2009-cu ilin yanvar-aprel ayları ərzində Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən 70 639 ton avtomobil benzini, 509 823 ton dizel yanacağı, 147 382 ton təyyarə yanacağı, 31 329 ton soba mazutu ixrac edilib.

Qeyd edək ki, aprel ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 490,23 dollar, təyyarə yanacağının 461,18 dollar, dizel yanacağının 425,74 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 284,30 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR